Qobustan Palçıq Vulkanı Turu

70 ₼ / Adam başı

  • Müddət

    1 Gün
  • Min yaş

    18
  • Turun tipi

    Səyahət
  • Yerləşmə yeri

Ümumi baxış

QOBUSTAN-PALÇIQ VULKANI TURU
 
Qobustan dövlət tarixi-bədii qoruğu - Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 56 km aralıda yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Burada mağaralar, bulaqlar və s var. Açıq səma altında yerləşən qoruqda qədim insanların çəkdikləri qayaüstü rəsmlər, onların həyat və məişəti ilə bağlı digər maddi mənbələr qorunur. Dörd min hektardan artıq ərazidə yerləşən, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmişdir. Qobustan qaya sənəti, gravürlərinin keyfiyyəti və sıxlığı üçün görkəmli universal dəyərə malikdir, çünki qaya sənətinin toplanması ovçuluq, fauna, flora və həyat tərzləri, qədim və orta əsrlər arası mədəni davamlığı göstərir. Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınmışdır. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir.
Qobustan - Yanardağ turu
- Bakı-Qobustan yolu
- Qobustanın Tarixi muzeyində ekskursiya (Qobustan panoramanın seyr etməsi, YUNESO-nun Ümumdünya Mədəni İrsi, Qobustanın təbii mühiti, Arxeoloji kəşf)
- Nahar
- Böyükdaş dağına ekskursiya
Qayaüstü rəsimlər, təsvirlər və Qədim Roma yazıları
Qaya yalağı
Mağaralar
- Palçıq vulkanları - Qobustan ərazisində olan palçıq vulkanların məsafədən izlənməsi
- Yanardağ ziyarəti - Bakı şəhəri yaxınlığında Abşeron yarımadasında, Xəzər dənizinin sahilində, Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi
- Şam yeməyi
Qiymətə daxildir:
Nəqliyyat xidməti
Tur bələdçisi
2 pax- 55 usd
6 pax -22 usd
18 pax- 12 usd
40 pax- 8 usd
 
 

Daxildir / Daxil deyil

Turun xəritəsi

Turu bron etmək