Qarabağ turu

99 ₼ / Adam başı

  • Müddət

    3 Gün
  • Min yaş

    12
  • Turun tipi

    Səyahət
  • Yerləşmə yeri

Ümumi baxış

Tezliklə Qarabağ turları təşkil olunacaq.

Ağdam, Cəbrayıl, Füzuli, Laçın, Kəlbəcər, Qubadlı, Şuşa, Zəngilan, Xankəndi, Xocalı, Xocavənd

 

Qarabağ – Azərbaycan

Qarabağ Azərbaycanın qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi “Qarabağ” sözü ilk mənbələrdə hələ VII əsrdən işlənmişdir.

 

Qarabağ bölgəsində turizmin inkişafı gəlmə turizmin böyük marağına səbəb olacaq. Çünki postsovet məkanında da insanlar Qarabağ bölgəsinə davamlı axın edirdilər. Azıx mağarası bəşəriyyət üçün unikal abidədir.

Kəlbəcərin “İstisu” sanatoriyası, termal sularla zəngin Zəngilan rayonu, Şuşanın Turşsu, Şırlan mineral su bulaqları… Qarabağ bölgəsinin bu müalicəvi şəfa ocaqları 30 ilə yaxındır ki, işğal altında olsa da, onların adı bu gün də dillərdədir. Qarabağ torpağı təbii yollarla bir çox xəstəliklərin müalicəsində məşhur olsa da, indiyədək bu torpaqların işğal altında saxlanılması həmin bölgənin turizm potensialından istifadəni mümkünsüz edirdi. İşğal altında olan torpaqlarımızın azad olunması unikal iqlimə malik Qarabağ bölgəsinin mineral sularından, müalicəvi bitki aləmindən, sanatoriya-kurort sistemindən yenidən bəhrələnmək imkanı yaradıb.

 

Daxildir / Daxil deyil

Turun xəritəsi

Turu bron etmək