Qobustan-Palçıq vulkanı turu

Qobustan dövlət tarixi-bədii qoruğu - Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 56 km aralıda yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Burada mağaralar, bulaqlar və s var. Açıq səma altında yerləşən qoruqda qədim insanların çəkdikləri qayaüstü rəsmlər, onların həyat və məişəti ilə bağlı digər maddi mənbələr qorunur. Dörd min hektardan artıq ərazidə yerləşən, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmişdir. Qobustan qaya sənəti, gravürlərinin keyfiyyəti və sıxlığı üçün görkəmli universal dəyərə malikdir, çünki qaya sənətinin toplanması ovçuluq, fauna, flora və həyat tərzləri, qədim və orta əsrlər arası mədəni davamlığı göstərir. Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınmışdır. Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir.

- Bakı-Qobustan yolu
- Qobustanın Tarixi muzeyində ekskursiya (Qobustan panoramanın seyr etməsi, YUNESO-nun Ümumdünya Mədəni İrsi, Qobustanın təbii mühiti, Arxeoloji kəşf)
- Nahar
- Böyükdaş dağına ekskursiya
Qayaüstü rəsimlər, təsvirlər və Qədim Roma yazıları
Qaya yalağı
Mağaralar
- Palçıq vulkanları - Qobustan ərazisində olan palçıq vulkanların məsafədən izlənməsi
- Yanardağ ziyarəti - Bakı şəhəri yaxınlığında Abşeron yarımadasında, Xəzər dənizinin sahilində, Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi
- Şam yeməyi

Qiymətə daxildir:
Nəqliyyat xidməti
Tur bələdçisi

2 pax- 55 usd
6 pax -22 usd
18 pax- 12 usd
40 pax- 8 usd

TUR SİFARİŞİ
  • 1 Gün
  • Başlama: -
  • Bitmə: -
  • Bakı
  • Maksimum nəfər:
  • 8$

İstanbul Turu

ISTANBUL TURU 30.12.19-3.01.20...

393 baxış

Futbol üzrə Avropa Çempionatı

Futbol üzrə Avropa Çempionatını Londonda canlı şahid...

269 baxış

Kuşadasına ERKƏN REZERVASİYA başladı!

Hər şey daxil cəmi 349 USD-dan başlayan qiymətlərlə!...

417 baxış

Avstraliya və Okeaniya turu

Avstraliya və Okeaniya üzrə möhtəşəm turlarda Avstr...

799 baxış

    HAQQIMIZDA

  • Sülh Travel şirkəti sizin rahatlığınızı sağlayacaq
    hər istiqamətdə inkişaf etmiş etibarlı şirkətdir.

    ÜNVAN

  • Bakı şəhəri, Sahil metrosu
    Sumqayit şəhəri, Sülh plaza 305

    TELEFON

  • Telefon: +994 12 409-99-99
    Mobil 1 : +994 51 312-50-50
    Mobil 2: +994 70 612-50-50

    İŞ SAATI

  • Həftə içi, Bazar ertəsi - Cümə günləri
    9-00-dan 20-00-a kimi
    Şənbə və Bazar: 10-00-dan 17-00-a kimi