Böyük Qafqazın cənub ətəklərində yerləşən İsmayıllı ərazisində tariximizin qədim dövrlərinin izləri qalmaqdadır. Rayonun ərazisində olan yurd yerlərindən tapılan daş alətlər-daş çapacaqlar, bıçaqlar, nizə ucluqları, ox ucluqları, məişət əşyaları bu ərazidə hələ daş dövründə insanların yaşadıqlarını sübut edir.
Sulut kəndi yaxınlığında yerləşən, 4 hektar sahəni əhatə edən Uzunboylar yaşayış məskəni və qəbirstanlığı öz zənginliyi ilə fərqlənir. Abidə eradan əvvəl I Minilliyin son rübünə aiddir.
Qalıqları indi də Xankəndində qalan Xan qalası XI-XV əsrlərdə inşa edilmişdir. Qala əsasən Şirvanşahların saray qalası kimi tikilmiş və əsasən yay iqamətgahı kimi istifadə edilmişdir.
Qalacıq kəndi yaxınlığında Qasımxan qalası, Sulut kəndi yaxınlığında Haram qalası, Buzxana, Qırxotaq, Lahıc yaxınlığında Niyal qalası tarixinin bir çox sirlərini özündə saxlayır.
Lahıc və Basqal qəsəbələri bu gün də orta əsr şəhəri nümunələri kimi əsil muzeydir.
Böyük Qafqazın ətəyində, Girdiman çayının sahilində yerləşən Lahıc, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunduğundan təbii qala görünüşünə sahibdir. 1500 illik tarixi olan qəsəbənin yaradılması III-VII əsrlərə aid edilir. Erkən orta əsrlərdə indiki Lahıc ərazisində müxtəlif tayfalar məskunlaşmışdır. Sakinlərin içərisində İran dilli tayfalar üstünlük təşkil edirdi. Qəsəbədə tatlar yaşayır. Rəvayətlərə görə, tatlar IV əsrdə Sasanilər tərəfindən Azərbaycan ərazisinə köçürülmüş irandilli əhalinin nəsilindən olanlardır. Tat dili fars dilinə yaxın olmaqla Hind-avropa dil ailəsinin İran dil qrupuna aid edilir. Etnik mənşəyinə görə tat olsa da, Sasani şahı tərəfindən İranın Lahican vilayəti şərəfinə Lahıc adlandırıldığı üçün sakinlər lahıclı adlanırlar.
2 pax-78 $ , 6 pax-38 $ , 18 pax-27 $ , 30 pax-22 $
- Bakı-İsmayillı yolu
- Basqal qəsəbəsində gəzinti
- Qəsəbənin marağlı tarix məqamları haqqında danışılacaq
- Kəlağayı haqqında məlumatın verilməsi
- Lahıc yolu
- Tarixi abidələrdə gəzinti
- Zəvəro məscidi (XVIII əsr)
- Asma körpüsü
- Dağ şəlaləsi (haykinq)
- Bakıya qayıdış
Gün 1
- Bakı - Ismayilli yolu
- İvanovka kəndinin ziyarəti
- Otelə qayıdış
- Boş vaxt
- İsmayillıda gecələmə
Gün 2
- Oteldə səhər yeməyi
- Lahıc yolu
- Tarixi abidələrdə gəzinti
- Asma Körpü (XX əsr) ekskursiyası
- Zəvəro məscidi (XVIII əsr)
- Bədöyün məscidi (XVIII əsr) və s.
- Tarixi yerlər haqqında məlumatlandırma
- Bakıya qayıdış
Gün 1
- Bakı - İsmayillı yolu
- İvanovka kəndinin ziyarəti
- Otelə qayıdış
- Boş vaxt
- İsmayillıda gecələmə
Gün 2
- Oteldə səhər yeməyi
- Bakı - Lahıc yolu
- Tarixi abidələrdə gəzinti
- Asma körpü
- Zəvəro məscidi (XVIII əsr)
- Bədöyün məscidi
- Otelə qayıdış
- Boş vaxt
- İsmayillıda gecələmə
Gün 3
- Oteldə səhər yeməyi
- Dağ Şəlaləsinə yürüş (Hiking)
- Bakiya qayıdış
Gün 1
- Bakı - İsmayillı yolu
- İvanovka kəndinin ziyarəti
- Otelə qayıdış
- Sərbəst vaxt
- İsmayillıda gecələmə
Gün 2
- Oteldə səhər yeməyi
- Basqal qəsəbəsində gəzinti
- Qəsəbənin marağlı tarix məqamları haqqında danışılacaq
- Kəlağayı haqqında məlumat veriləcək
- Otelə qyıdış
- Sərbəst vaxt
- İsmayillıda gecələmə
Gün 3
- Oteldə səhər yeməyi
- Bakı - Lahıc yolu
- Tarixi abidələrdə gəzinti
- Asma Körpü (XX əsr) ekskursiyası
- Zəvəro məscidi (XVIII əsr)
- Bədöyün məscidi (XVIII əsr) və s.
- Cavanşir Qalasının Fəthi (VII əsr)
- Otelə qayıdış
- Sərbəst vaxt
- İsmayillıda gecələmə
Gün 4
- Oteldə səhər yeməyi
- Dağ Şəlaləsinə yürüş (Hiking)
- Bakiya qayıdış
Hər şey daxil cəmi 349 USD-dan başlayan qiymətlərlə!...
487 baxış